Azərbaycan Çindən soya yağının alışını bərpa edib

Biznes
  • 25 iyun, 2025
  • 16:32
Azərbaycan Çindən soya yağının alışını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 1,73 milyon ABŞ dolları dəyərində 1 548 ton soya yağı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 70 %, kəmiyyət olaraq – 58 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,69 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 80 % çox) 1 519 ton (+67 %), Türkiyədən 35,75 min ABŞ dolları dəyərində (-53 %) 28,55 ton (-59 %) və Çindən 0,4 min ABŞ dolları dəyərində 0,2 ton məhsul gətirib.

Azərbaycan 8 il 11 aylıq fasilənin ardından Çindən soya yağı tədarükünü bərpa edib.

44 - Tezliklə