Azərbaycan Çindən MDF lövhələrin alışını 5 dəfədən çox artırıb
- 21 avqust, 2024
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana 23,3 milyon ABŞ dolları dəyərində 6 milyon 538 min kvadratmetr ağaclifli plitələr (MDF) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 % azdır, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 14,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % azdır) 4 milyon 556 min kvadratmetr (+10 %), Türkiyədən 3,9 milyon ABŞ dolları dəyərində (+6 %) 712 min kvadratmetr (+51 %), Belarusdan 3,3 milyon ABŞ dolları dəyərində (-15 %) 999 min kvadratmetr (-2 %), Çindən 970 min ABŞ dolları dəyərində (+5 dəfə) 141 min kvadratmetr (+5,4 dəfə), İrandan 423 min ABŞ dolları dəyərində (+22 %) 115 min kvadratmetr (+5 %) material alıb.
2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 55,7 milyon ABŞ dollarlıq MDF lövhənin 65,6 %-i Rusiyanın payına düşüb.