Azərbaycan Çindən mandarin alışını bərpa edib

Biznes
  • 11 iyun, 2025
  • 15:57
 Azərbaycan Çindən mandarin alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 3,4 milyon ABŞ dolları dəyərində 4 623 ton mandarin idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 47 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 2,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % az) 3 935 ton (-43 %), İrandan 370 min ABŞ dolları dəyərində 514 ton (bir il əvvəl tədarük olmayıb), Pakistandan 86 min ABŞ dolları dəyərində (-54 %) 107,5 ton (-54 %), Misirdən 35,5 min ABŞ dolları dəyərində (-68 %) 44,4 ton (-71 %), Çindən 16,9 min ABŞ dolları dəyərində 21,1 ton məhsul alıb.

Azərbaycan 4 il 10 aylıq fasilənin ardından Çindən mandarin tədarükünü bərpa edib.