Azərbaycan Çindən kontakt linza alışını kəskin artırıb

Biznes
  • 28 iyun, 2023
  • 13:19
Azərbaycan Çindən kontakt linza alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 163,23 min ABŞ dolları dəyərində 75,1 min ədəd kontakt linzalar idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 114,85 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 dəfə çoxdur) 44 min 501 ədəd (+7,5 dəfə), Koreyadan 34,96 min ABŞ dolları dəyərində (+35 %) 28 min 945 ədəd (+93 %), Türkiyədən 10 min ABŞ dolları dəyərində (+85 %) 1 min 300 ədəd (+48 %), Böyük Britaniyadan 2,36 min ABŞ dolları dəyərində 300 ədəd (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 1,08 min ABŞ dolları dəyərində (-88,5 %) 50 ədəd (-92 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilən 122 min 392 ədəd kontakt linzanın 63,2 %-i Çinin payına düşüb.