Azərbaycan Çindən hibrid avtomobillərin idxalını 3 dəfəyə kimi azaldıb

Biznes
  • 26 noyabr, 2026
  • 15:25
Azərbaycan Çindən hibrid avtomobillərin idxalını 3 dəfəyə kimi azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 372,1 milyon ABŞ dolları dəyərində 16 min 795 ədəd hibrid avtomobil (daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə azdır.

Hesabat dövründə Azərbaycan Çindən 255,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,5 dəfə az) 12 min 629 ədəd (-2,8 dəfə), Yaponiyadan 37,9 milyon ABŞ dolları dəyərində (-46 %) 1 min 393 ədəd (-66 %), Cənubi Koreyadan 32,2 milyon ABŞ dolları dəyərində (-40 %) 1 min 783 ədəd (-21 %), İtaliyadan 20,33 milyon ABŞ dolları dəyərində (+16 %) 54 ədəd (-2 %), Amerika Birləşmiş Ştatlarından 10,2 milyon ABŞ dolları dəyərində (-3 dəfə) 579 ədəd (-2,2 dəfə) hibrid avtomobili alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 26 197 ədəd hibrid avtomobilin 50 %-i Çinin payına düşüb.