Azərbaycan Çindən ətir alışını kəskin artırıb 

Biznes
  • 16 iyul, 2025
  • 14:10
Azərbaycan Çindən ətir alışını kəskin artırıb 

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 17,94 milyon ABŞ dolları dəyərində 929,3 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Fransadan 5,96 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 0,3 % az) 57,84 ton (-5 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 2,3 milyon ABŞ dolları dəyərində (+45 %) 190 ton (+39 %), Çindən 2 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 355,4 ton (+2,4 dəfə), İtaliyadan 1,81 milyon ABŞ dolları dəyərində (+27 %) 33 ton (+38 %), İspaniyadan 1,42 milyon ABŞ dolları dəyərində (-0,6 %) 27 ton (-7 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 36,6 milyon ABŞ dolları dəyərində ətirin 39 %-i Fransanın, 13 %-i BƏƏ-nin payına düşüb.

44 - Tezliklə