Azərbaycan Çindən banan alışını bərpa edib

Biznes
  • 23 may, 2025
  • 16:27
Azərbaycan Çindən banan alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycana 15,2 milyon ABŞ dolları dəyərində 16 845 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 % çox, kəmiyyət olaraq – 4 % azdır.

Hesabat dövründə Azərbaycan Ekvadordan 14,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 16 581 ton (-5 %), Kosta-Rikadan 248,2 min ABŞ dolları dəyərində (+8 dəfə) 240 ton (+6 dəfə), Misirdən 17 min ABŞ dolları dəyərində 21,2 ton (bir il əvvəl tədarük olmayıb), Filippindən 11,8 min ABŞ dolları dəyərində 1,9 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 3,5 min ABŞ dolları dəyərində 1 ton məhsul alıb.

Azərbaycan 6 il 11 aylıq fasilənin ardından Çindən banan tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 16,8 min ton bananın 98,4 %-i Ekvadorun payına düşüb.