Azərbaycan Çin və Yaponiyadan yük avtomobillərinin idxalını kəskin artırıb

Biznes
  • 10 oktyabr, 2022
  • 06:28
Azərbaycan Çin və Yaponiyadan yük avtomobillərinin idxalını kəskin artırıb

Bu ilin ilk 7 ayında Azərbaycana xaricdən 55,433 milyon ABŞ dolları dəyərində 2 min 717 ədəd yük avtomobili gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 % çoxdur, kəmiyyət olaraq – 15 % azdır.

Çindən 18,012 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 364 ədəd (+2,1 dəfə), Almaniyadan 17,431 milyon ABŞ dolları dəyərində (-25,3 %) 1 min 761 ədəd (-28 %), Rusiyadan 5,956 milyon ABŞ dolları dəyərində (-6,1 %) 181 ədəd (-28 %),Türkiyədən 5,849 milyon ABŞ dolları dəyərində (+20 %) 89 ədəd (-24 %), Koreya Respublikasından 2,591 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 95 ədəd (+2,2 dəfə) avtomobil alınıb.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən gətirilən 5 min 551 ədəd yük avtomobilinin 74 %-i Almaniyanın payına düşüb.

Hesabat dövründə Azərbaycandan xaricə 828 min ABŞ dolları dəyərində (+25 %) 15 ədəd (-28,6 %) yük avtomobili göndərilib. Həmin nəqliyyat vasitələri ancaq Səudiyyə Ərəbistanına satılıb (bir il əvvəl tədarük olmayıb).

44 filmi