Azərbaycan Çexiyadan mal-qara alışını bərpa edib
- 21 may, 2025
- 16:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 4,3 milyon ABŞ dolları dəyərində 1 089 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çexiyadan 1,7 milyon ABŞ dolları dəyərində 397 ədəd, Estoniyadan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çox) 330 ədəd (+44 %), Macarıstandan 754 min ABŞ dolları dəyərində 223 ədəd (bir il əvvəl tədarük olmayıb), Latviyadan 220 min ABŞ dolları dəyərində 43 ədəd (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 143 min ABŞ dolları dəyərində (-68 %) 34 ədəd (-73 %) mal-qara alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Çexiyadan mal-qara tədarükünü bərpa edib.