Azərbaycan Cənubi Koreyadan kerosin alışını 19 dəfə artırıb

Biznes
  • 07 aprel, 2025
  • 11:32
Azərbaycan Cənubi Koreyadan kerosin alışını 19 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycana 62 min ABŞ dolları dəyərində 24,9 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 81 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 46 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 23,2 ton (+19 dəfə), Almaniyadan 9,2 min ABŞ dolları dəyərində (+28 dəfə) 0,35 ton (+6 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən 2,2 min ABŞ dolları dəyərində 0,7 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 1,4 min ABŞ dolları dəyərində (-80 %) 0,2 ton (-91 %), Yaponiyadan 1,35 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 21 871 ton kerosinin 69,4 %-i Türkmənistanın payına düşüb.