Azərbaycan Cənubi Afrikadan qreypfrut tədarükünü kəskin artırıb

Biznes
  • 25 avqust, 2025
  • 17:05
Azərbaycan Cənubi Afrikadan qreypfrut tədarükünü kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 708,4 min ABŞ dolları dəyərində 718,2 ton qreypfrut idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Cənubi Afrikadan 352,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə az) 290 ton (+2,6 dəfə), Türkiyədən 332,9 min ABŞ dolları dəyərində (-26 %) 416 ton (-26 %), Çindən 12,35 min ABŞ dolları dəyərində (-25 %) 8,2 ton (-27 %), Tailanddan 10,6 min ABŞ dolları dəyərində (+93 %) 3,6 ton (+79 %) və Vyetnamdan 0,06 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1 min 189 ton qreypfrutun 68 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə