Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 2 %-dən çox artırıb
- 26 iyun, 2024
- 08:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 8,47 milyon ABŞ dolları dəyərində tekstil malları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 2,3 % çoxdur.
Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 1 milyard 260,414 milyon ABŞ dollarlıq tekstil malları ixrac edilib ki, bu da illik müqayisədə 1,8 % çoxdur.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil malları Avropa İttifaqı ölkələrinə (363,454 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 1 il əvvələ nisbətən 0,2 % azdır. Avropa ölkələrini Yaxın Şərq (306,32 milyon ABŞ dolları məbləğində) və Afrika ölkələri (125,713 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 1,8 % və 3,1 % çoxdur.