Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci 8 % azaldıb

Biznes
  • 16 avqust, 2024
  • 06:24
Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci 8 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,292 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 % azdır.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 169,454 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 19,9 % çoxdur.

7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə (79,091 milyon ABŞ dolları; illik müqayisədə 20,1 % çox) həyata keçirilib. Onu Amerika qitəsi (26,805 milyon ABŞ dolları; illik müqayisədə 51,6 % çox) və Yaxın Şərq ölkələri (17,367 milyon ABŞ dolları; 38,7 % çox) izləyib.

44 filmi