Azərbaycan çay idxalını və ixracını azaldıb
- 06 yanvar, 2024
- 08:05
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 12 min 477 ton çay idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 64 milyon 771 min ABŞ dolları təşkil edib.
Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 678 ton (5,1 %), dəyər baxımından isə 4 milyon 31 min ABŞ dolları (6,2%) azdır.
11 ay ərzində çay idxalına çəkilən xərc Azərbyacanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
Bundan başqa, hesabat dövründə Azərbaycan 649 min ton çay ixrac edib, bu həcmdə çayın ixrac dəyəri 5 milyon 906 min ABŞ dolları təşkil edib. Bunlar isə 1 il əvvələ nisbətən həcm baxımından 1 070 ton (62,2 %), dəyər baxımından isə 5 milyon 070 min ABŞ dolları (46,2%) azdır.
Yanvar-noyabrda çay ixracından gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.