Azərbaycan çay idxalını və ixracını azaldıb
- 19 iyun, 2023
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 5 min 374 ton çay idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 28 milyon 733 min ABŞ dollar olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımında 708 ton (11,6 %), dəyər baxımından isə 1 milyon 178 min ABŞ dolları (3,9 %) azdır.
Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,4 %-ini təşkil edib.
Bu ilin 5 ayında Azərbaycan 276 ton çay ixrac edib. Bu həcmdə ixracın dəyəri 2 milyon 506 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımında 607 ton (3,1 dəfə), dəyər baxımından isə 2 milyon 645 min ( 2 dəfə) ABŞ dolları azdır.
Hesabat dövründə çay ixracı Azərbaycanın qeyri-neft məhsulları ixracının 0,2 %-ini təşlil edib.