Azərbaycan Burundiyə sürtkü yağları satmağa başlayıb

Biznes
  • 22 may, 2025
  • 16:05
Azərbaycan Burundiyə sürtkü yağları satmağa başlayıb

Bu ilin I rübündə Azərbaycan 9,6 milyon ABŞ dolları dəyərində 7 151 ton sürtkü yağları ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 37 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 2,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % azdır) 2 078 ton (-46 %), İraqa 1,6 milyon ABŞ dolları dəyərində (-16 %) 991 ton (-27 %), Niderlanda 923 min ABŞ dolları dəyərində (+40 %) 631 ton (+3,4 dəfə), Türkiyəyə 648 min ABŞ dolları dəyərində (+32 %) 626 ton (+47 %), Kolumbiyaya 507 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 451 ton (+2,3 dəfə) məhsul satıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Burundiyə tədarük (5,5 min ABŞ dolları dəyərində 0,5 ton) həyata keçirilib.

44 - Tezliklə