Azərbaycan buğda idxalına çəkdiyi xərci 20 % azaldıb
- 16 oktyabr, 2023
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 792 min 331 ton buğda idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 210 milyon 742 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 48 min 131 ton (6,5%) çoxdur, dəyər baxımından isə 51 milyon 324 min (19,6 %) ABŞ dolları azdır.
2023-cü ilin 8 ayında idxal buğdasının 1 tonunun dəyəri 266 ABŞ dolları olub. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24,4 % azdır.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,7 %-ni təşkil edir.
Xatırladaq ki, Azərbaycanda 2023-cü il mövsümündə 1 milyon 833 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner təşkil edilib.