Azərbaycan bu il Volqoqraddan 10 min ton taxıl və emal məhsullarını alıb
- 07 iyul, 2023
- 09:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbayxcan Rusiyanın Volqoqrad vilayətindən 9,5 min ton taxıl və onun emal məhsullarını idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, "Rosselxoznadzor"un Rostov, Volqoqrad və Həştərxan vilayətləri və Kalmıkiya üzrə İdarəsi, 6 ayda Volqoqraddan ixrac edilmiş 260 min tondan çox taxıl və onun emal məhsulunu yoxlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur.
Volqaqrad taxılının əsas idxalçısı İran olub. Bu ölkə bölgədən 160 min ton çox taxıl və onun emal məhsulları alıb ki, bu da birbaşa ixracın 62%-ni təşkil edib. Bundan başqa, Volqaqrad vilayətindən Avropa İttifaqına 77,8 min ton, Əfqanıstana 8,1 min ton, Qazaxıstana 6,8 min ton, Türkiyəyə isə 4,2 min ton taxıl və onun emal məhsulları ixrac edilib.
Hesabat dövründə Volqaqraddan ən çox qarğıdalı ixrac olunub ki, bu da ixrac olunan taxıl və onun emal məhsullarının 55,1 %-ni təşkil edir. Volqaqraddan ixrac edilən taxıl və onun emal məhsullarının 12,8 %-i və ya 5,3 min tonu isə buğda olub.