Azərbaycan bu il Saratovdan 116 min ton ərzaqlıq buğda idxal edib

Biznes
  • 06 iyun, 2023
  • 13:02
Azərbaycan bu il Saratovdan 116 min ton ərzaqlıq buğda idxal edib

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Saratov vilayətindən 116,3 min ton ərzaqlıq buğda idxal edib.

“Report” bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu il "Rosselxoznadzor"un Saratov və Samara vilayətləri üzrə idarəsi ümumilikdə 470,5 min ton taxıl və onun emalı məhsullarının ixracına nəzarət edib. Bunun 360,1 min tonu Saratovdan, 110,4 min tonu isə Samaradan ixrac edilib.

Hesabat dövründə Saratov vilayətinin əsas idxalçıları Qazaxıstan (130,6 min ton), Azərbaycan (116,3 min ton), İran (28,1 min ton) və Latviya (25,6 min ton) olub.

Eyni dövrdə Samara vilayətindən Latviya 44,6 min ton, Qazaxıstan 43,4 min ton və Qırğızıstan isə 6,7 min ton məhsul idxal edib.

44 - Tezliklə