Azərbaycan bu il Rusiyadan 54 min ton un idxal edib

Biznes
  • 13 iyul, 2023
  • 12:23
Azərbaycan bu il Rusiyadan 54 min ton un idxal edib

Bu ilin əvvəlindən Azərbaycan Rusiyadan 54,2 min ton un idxal edib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu il Rusiya ümumilikdə 415,1 min ton un ixrac edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.

Hesabat dövründə Rusiyanın ixrac etdiyi unun ümumi dəyəri isə 3 % azalaraq 126,8 milyon ABŞ dollarına düşüb.

Bu il Rusiya ununun əsas idxalçıları Gürcüstan (89,1 min ton), İraq (87,1 min ton), Azərbaycan, Əfqanıstan (45,3 min ton) və Çin (38,8 min ton) olub.

44 - Tezliklə