Azərbaycan bu il Kabardin-Balkardan ərzaq buğdası idxal edib
- 12 oktyabr, 2021
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Şimali Qafqaz Regionlararası İdarəsi, Kabardin-Balkar Respublikasından ixrac üçün nəzərdə tutulmuş 400 min ton məhsul üzərində nəzarət həyata keçirib.
"Report" "Rosselxoznadzor"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% çoxdur.
Məlumata görə, 9 aylıq ixracın 313,3 min ton taxıl məhsulları (əsasən ərzaq buğdası), 7,2 min tonu yağlı toxum, 5,3 min ton buğda unu, 2,4 min ton paxlalı bitkilər və ədviyyat olub.
Ərzaq buğdasının əsas alıcıları Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr, o cümlədən Belarus və Ermənistan, eləcə də Birliyə daxil olmayan Azərbaycan və Gürcüstan olub.
Paxlalı bitkilər (qurudulmuş noxud, mərcimək, noxud) və buğda unu isə əsasən İran və İraqa ixrac edilib. Yanvar-sentyabr aylarında bu ölkələrə göndərilən 1 000 ton paxlalı bitkr və 4 min ton buğda unu yoxlanılıb.