Azərbaycan bu il Fransa ətirlərinin idxalını kəskin artırıb

Biznes
  • 19 noyabr, 2021
  • 11:46
Azərbaycan bu il Fransa ətirlərinin idxalını kəskin artırıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Fransadan 6,933 milyon ABŞ dolları dəyərində 66,05 ton ətir və tualet suyu idxal edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamlara əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 91 %, kəmiyyət olaraq – 52 % çoxdur.

Hesabat dövründə Azərbaycan ümumilikdə 17,261 milyon ABŞ dolları dəyərində 959,71 ton ətir və tualet suyu idxal edib. Beləliklə ümumi idxalın dəyərinin 40 %-i Fransanın payına düşüb.

Ölkəmiz bu ilin 9 ayında 550 min ABŞ dolları dəyərində 14,58 ton ətir və tualet suyu ixrac edib. Bu, ötən ilin göstəriciləri müqayisədə müvafiq olaraq 322 % və 42 % çoxdur. İxracın dəyər ifadəsində 77 %-i Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. Ətir və tualet suyu həmçinin qardaş Türkiyəyə, qonşu Gürcüstana, digər Körfəz ölkələri Küveyt və Qətərə də ixrac edilib.