Azərbaycan bu il Çuvaşıstandan 826 ton toxumluq kartof alıb

Biznes
  • 15 oktyabr, 2024
  • 09:41
Azərbaycan bu il Çuvaşıstandan 826 ton toxumluq kartof alıb

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Çuvaşıstan bölgəsindən 826 ton toxumluq kartof idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən Çuvaşıstandan ümumilikdə 786 partiyada 28 min tondan çox bitkiçilik məhsulları ixrac edilib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Hesabat dövründə Çuvaşıstanın əsas bitkiçilik məhsulu alıcıları Qazaxıstan (11 min tona yaxın buğda; 1,8 min tondan çox buğda kəpəyi), Belarus (3,3 min ton arpa) və Çin (3,2 min ton) olub.

44 filmi