Azərbaycan bu il Başqırdıstan taxılının əsas idxalçılarından olub

Biznes
  • 05 avqust, 2022
  • 10:43
Azərbaycan bu il Başqırdıstan taxılının əsas idxalçılarından olub

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Başqırdıstan üzrə idarəsi, bu ilin 7 ayında bölgədən ixrac edilmiş 89,9 min ton taxıl və taxıl emalı məhsullarına nəzarət edib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, Başqırdıstan məhsullarının əsas alıcıları Azərbaycan, Ermənistan, Belçika, Belarus, Almaniya, Gürcüstan, Danimarka, Qazaxıstan, Çin, Latviya, Hollandiya, Norveç, Polşa, Türkiyə, Türkmənistan, Özbəkistan olub.

Hesabat dövründə bölgədən taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 min ton və yaxud 21,35% az olub.