Azərbaycan bu ay Dağıstandan balıq və süd məhsulları alıb

Biznes
  • 13 noyabr, 2023
  • 12:54
Azərbaycan bu ay Dağıstandan balıq və süd məhsulları alıb

Bu ay Azərbaycan Rusiyanın Dağıstan bölgəsindən 42 ton balıq və 40 tondan çox süd məhsulları idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, noyabrda Dağıstandan Azərbaycan və Gürcüstana 30 min ton heyvandarlıq məhsulları və 6 min başdan çox heyvan, İrana isə 29 min tondan çox ərzaqlıq buğda ixrac edilib.

44 - Tezliklə