Azərbaycan Braziliyadan ördək ətinin alışını bərpa edib
- 27 avqust, 2025
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 213 min ABŞ dolları dəyərində 43,4 ton ördək əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 61 % çoxdur.
Hesabat dövründə Azərbaycana Braziliyadan 110,8 min ABŞ dolları dəyərində 24 ton, Rusiyadan 60 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % az) 14,6 ton (-21 %), Fransadan 26,3 min ABŞ dolları dəyərində 1,7 ton (bir il əvvəl tədarük olmayıb), Macarıstandan 8,8 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 2 ton (+25 dəfə), Tailanddan 6,2 min ABŞ dolları dəyərində 1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Braziliyadan ördək ətinin tədarükünü bərpa edib.