Azərbaycan Böyük Britaniya ilə ticarət sahəsində təşəbbüslərin dəstəklənməsini müzakirə edib
- 06 dekabr, 2023
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində birgə fəaliyyətin stimullaşdırılması, ixracın, investisiyaların, ticarət sahələrində qarşılıqlı təşəbbüslərin dəstəklənməsi müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Birləşmiş Krallığın ixrac üzrə naziri Lord Malkolm Offord ilə Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri müzakirə edilib.
Birləşmiş Krallığın ixrac üzrə naziri cənab Lord Malkolm Offord ilə #Azərbaycan və #BöyükBritaniya arasında #iqtisadi əməkdaşlığın mövcud vəziyyətini və perspektiv istiqamətlərini nəzərdən keçirdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 6, 2023
– #Enerji sahəsində birgə fəaliyyətin stimullaşdırılması;
– #İxrac,… pic.twitter.com/sYmatM5mYw