Azərbaycan Bolqarıstana metanol ixracını bərpa edib

Biznes
  • 25 avqust, 2023
  • 08:37
Azərbaycan Bolqarıstana metanol ixracını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 46,85 milyon ABŞ dolları dəyərində 211 min 746 ton metanol (metil spirti) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 9 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 12,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41,4 % azdır) 57 min 422 ton (-15,5 %), Rumıniyaya 10 milyon ABŞ dolları dəyərində (-29 %) 45 min 292 ton (-4 %), İtaliyaya 6,9 milyon ABŞ dolları dəyərində (+3 %) 31 min 162 ton (+38 %), Niderlanda 5,4 milyon ABŞ dolları dəyərində (-71 %) 24 min 700 ton (-61 %), Latviyaya 5,1 milyon ABŞ dolları dəyərində 24 min 649 ton (ilk dəfə tədarük olub) məhsul satıb.

Azərbaycan 3 il 5 aylıq fasilənin ardından Bolqarıstana (797,5 min ABŞ dolları dəyərində 3 min 987 ton) metanol tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (9 ölkədən) idxal edilmiş 504 min 333 ton metanolun 35,7 %-i Niderlandın, 25,7 %-i Türkiyənin, 17 %-i Rumıniyanın payına düşüb.

44 - Tezliklə