Azərbaycan Bolqarıstana albalı və gilas satmağa başlayıb 

Biznes
  • 22 avqust, 2025
  • 09:50
Azərbaycan Bolqarıstana albalı və gilas satmağa başlayıb 

Bu ilin I yarısında Azərbaycan 20,2 milyon ABŞ dolları dəyərində 16 209 ton albalı və gilas ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 26 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 20 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % az) 16 096 ton (-26 %), Qazaxıstana 59,4 min ABŞ dolları dəyərində (-47 %) 73,5 ton (-37 %), Belarusa 29,7 min ABŞ dolları dəyərində (+58 %) 5,1 ton (-72 %), Bolqarıstana 28,2 min ABŞ dolları dəyərində 13,8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 21,25 min ABŞ dolları dəyərində (-67 %) 3,8 ton (-19 %) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük həyata keçirilib.