Azərbaycan bir ölkədən ananas şirəsi idxalını bərpa edib
- 29 dekabr, 2022
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 200,13 min ABŞ dolları dəyərində 120,94 ton ananas şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 54 % çoxdur.
Hesabat dövründə İsraildən 134,22 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,6 dəfə çoxdur) 59,54 ton (+2,9 dəfə), Rusiyadan 47,1 min ABŞ dolları dəyərində (+4,7 %) 43,98 ton (-14 %), Almaniyadan 7,91 min ABŞ dolları dəyərində (+57 dəfə) 6,1 ton (+122 dəfə), Avstriyadan 6,29 min ABŞ dolları dəyərində (+9,8 dəfə) 4,98 ton (+9,4 dəfə), Kiprdən 2,89 min ABŞ dolları dəyərində 4,41 ton məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprdən tədarük həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 111,46 ton ananas şirəsinin 52,6 %-i Rusiyanın, 38,6 %-i İsrailin payına düşüb.