Azərbaycan Belqoroddan süd məhsulları və gənə idxal edib

Biznes
  • 05 aprel, 2025
  • 14:36
Azərbaycan Belqoroddan süd məhsulları və gənə idxal edib

Bu ilin əvvəlindən aprelin 4-nə qədər Rusiyanın Belqorod vilayətindən Azərbaycana və digər ölkələrə 3,1 min ton süd məhsulları və entomofaq gənələr göndərilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətin (“Rosselxoznadzor”) Belqorod vilayəti üzrə idarəsi məlumat yayıb.

Süd məhsulları həmçinin İsrail, Əlcəzair, Monqolustan, Gürcüstan, Türkmənistan və Tacikistan kimi ölkələrə də göndərilib. Entomofaq gənələrin əsas alıcıları isə Azərbaycan və Polşadır.

Yanvarın əvvəllərindən aprelin 4-dək Belqorod vilayətindən ümumilikdə 875 partiya, 29,9 min ton həcmində baytarlıq nəzarətində olan məhsullar ixrac olunub.

Bunun əsas hissəsini - 19,2 min tonunu bitki mənşəli yem məhsulları təşkil edib. Bu məhsullar Mərakeş, Çin, Monqolustan, Latviya və Özbəkistana göndərilib.

Bundan əlavə, Çin, Vyetnam, Hindistan, Monqolustan, Honqkonq, Özbəkistan və Serbiyaya 5,6 min ton donuz əti və quş əti ixrac olunub.

İdxala gəlincə, bunlar əsasən yem əlavələri və bitki mənşəli yemlər daxil olub. Belarus bu məhsullardan 1,7 min ton, Çin, İtaliya və Niderland isə 1,4 min ton yem əlavəsi ixrac edib.

Hesabat dövründə "Rosselxoznadzor" mütəxəssisləriRusiya regionlarına göndərilən 88 min ton yem və yem əlavəsi məhsuluna da nəzarət həyata keçirilib.