Azərbaycan Belçika və Tacikistandan duz tədarük etməyə başlayıb
- 17 fevral, 2023
- 14:18
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 2,134 milyon ABŞ dolları dəyərində 20 min 375 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 26,2 % çoxdur.
Azərbaycan Rusiyaya 1,311 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16,2 % çoxdur) 14 min 486 ton (+12 %), Gürcüstana 811 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 5 min 797 ton (+81 %), Ukraynaya 10,12 min ABŞ dolları dəyərində 69,7 ton (2 il 4 aydan sonra), Latviyaya 1,42 min ABŞ dolları dəyərində (+24 dəfə) 20 ton (+66,7 dəfə), Kanadaya 0,28 min ABŞ dolları dəyərində (-76 %) 1,1 ton (-9 %) məhsul göndərib.
Hesabat dövründə Azərbaycan xaricdən 1,3 milyon ABŞ dolları dəyərində (-24 %) 11 min 223 ton (-18 %) duz alıb.
İrandan 620 min ABŞ dolları dəyərində (+69 %) 7 min 744 ton (+68,4 %), Rusiyadan 290 min ABŞ dolları dəyərində (-3,7 %) 1 min 883 ton (-11 %), Ukraynadan 132,1 min ABŞ dolları dəyərində (-85,4 %) 993 ton (-85 %), Türkiyədən 102,3 min ABŞ dolları dəyərində (-6 %) 267 ton (-6,6 %), Pakistandan 65,2 min ABŞ dolları dəyərində (+13 dəfə) 97,87 ton (+25 dəfə) məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan və Tacikistandan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,1 min ABŞ dolları dəyərində 0,01 ton və 5,14 min ABŞ dolları dəyərində 19 ton duz idxal edilib.