Azərbaycan Belçika və Panamadan ananas alışını bərpa edib

Biznes
  • 17 iyul, 2025
  • 15:57
Azərbaycan Belçika və Panamadan ananas alışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 1,55 milyon ABŞ dolları dəyərində 1 245 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 % çoxdur, kəmiyyət olaraq – 14 % azdır.

Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % az) 1 095 ton (-24 %), Tailanddan 222 min ABŞ dolları dəyərində (+4 dəfə) 54,8 ton (+4 dəfə), Çindən 88,1 min ABŞ dolları dəyərində (+628 dəfə) 68,4 ton (+3 400 dəfə), Belçikadan 24,5 min ABŞ dolları dəyərində 20,4 ton, Panamadan 4,6 min ABŞ dolları dəyərində 3,8 ton ananas alıb.

Azərbaycan 7 il 2 aylıq fasilənin ardından Belçikadan, 2 il 9 aylıq aradan sonra Panamadan ananas tədarükünü bərpa edib.

44 - Tezliklə