Azərbaycan Belarusdan yük avtomobillərin idxalını bərpa edib
- 19 fevral, 2025
- 07:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 141 milyon ABŞ dolları dəyərində 8 430 ədəd yük avtomobili idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 16 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 59 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 6 293 ədəd (+15 %), Çindən 39,1 milyon ABŞ dolları dəyərində (-4 %) 1 086 ədəd (+31 %), İspaniyadan 13,1 milyon ABŞ dolları dəyərində (+16 dəfə) 66 ədəd (+4 dəfə), Yaponiyadan 10,53 milyon ABŞ dolları dəyərində (+41 %) 347 ədəd (+23 %), Rusiyadan 6,83 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 146 ədəd (+4,2 %) yük avtomobili alıb.
Azərbaycan 2 il 11 aylıq fasilənin ardından Belarusdan tədarükü (841,3 min ABŞ dolları dəyərində 28 ədəd) bərpa edib.
2023-cü ildə Azərbaycana 22 ölkədən idxal edilmiş 7 min 287 ədəd 75 %-i Almaniyanın, 11,4 %-i Çinin payına düşüb.