Azərbaycan Belarusdan alabalıq alışını kəskin artırıb
- 07 may, 2025
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,7 milyon ABŞ dolları dəyərində 612 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq 33 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 29 % çox) 596 ton (+32 %), Ukraynadan 144,8 min ABŞ dolları dəyərində (-12 %) 9,2 ton (-7 %), Belarusdan 33,1 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1,9 ton (+2,5 dəfə), Türkiyədən 21 min ABŞ dolları dəyərində 5 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 0,7 min ABŞ dolları dəyərində 0,03 ton (bir il əvvəl tədarük olmayıb) alabalıq alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 3 min 478 ton alabalığın 95 %-i İranın payına düşüb.