Azərbaycan Belarusa pambıq ipliyinin tədarükünü bərpa edib
- 09 dekabr, 2025
- 16:17
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 24,6 milyon ABŞ dolları dəyərində 10 721 ton pambıq iplik göndərilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 12,5 %, kəmiyyət olaraq – 21 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 13,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % az) 5 455 ton (-7 %), Rusiyaya 10,9 milyon ABŞ dolları dəyərində (+67 %) 5 183 ton (+74 %), Belarusa 122,8 min ABŞ dolları dəyərində 60 ton, Ukraynaya 42 min ABŞ dolları dəyərində 20 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 5 min ABŞ dolları dəyərində 2 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Azərbaycan 5 il 10 aylıq fasilənin ardından Belarusa tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 11 min 548 ton pambıq ipliyinin 64,4 %-i Türkiyənin payına düşüb.