Azərbaycan BƏƏ və Qazaxıstana traktor tədarükünü bərpa edib
- 04 mart, 2024
- 15:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 151,5 milyon ABŞ dolları dəyərində 5 min 662 ədəd traktor idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Azərbaycan Almaniyadan 31,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23,5 % çoxdur) 1 min 344 ədəd (+12 %), Niderlanddan 29,8 milyon ABŞ dolları dəyərində (+14 %) 1 min 361 ədəd (+9 %), Belarusdan 20,4 milyon ABŞ dolları dəyərində (+63 %) 866 ədəd (+59 %), İsveçdən 19 milyon ABŞ dolları dəyərində (+40 %) 723 ədəd (+10 %), Çindən 17,6 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 736 ədəd (+2 dəfə) traktor alıb.
Hesabat dövründə Azərbaycan 8,35 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 60 ədəd (+3 dəfə) traktor ixrac edib.
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 7,37 milyon ABŞ dolları dəyərində 35 ədəd, Rusiyaya 509,9 min ABŞ dolları dəyərində (+3 dəfə) 14 ədəd (+5 dəfə), Gürcüstana 399,28 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 10 ədəd (+2 dəfə) və Qazaxıstana 69,86 min ABŞ dolları dəyərində 1 ədəd traktor satıb.
Azərbaycan 5 il 10 aylıq fasilənin ardından Qazaxıstana və 4 il 2 aylıq aradan sonra BƏƏ-yə tədarükü bərpa edib.