Azərbaycan BƏƏ-dən konservləşdirilmiş noxud alışını bərpa edib

Biznes
  • 09 dekabr, 2024
  • 09:07
Azərbaycan BƏƏ-dən konservləşdirilmiş noxud alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 1 min 537 ton noxud (konservləşdirilmiş dondurulmamış) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 % azdır, kəmiyyət olaraq – 2,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan Macarıstandan 1,1 milyon ABŞ dolları (bir il əvvəlki göstəricidən 11 % çoxdur) dəyərində 768 ton (+47 %), Rusiyadan 688 min ABŞ dolları dəyərində (+4,1 %) 553 ton (+29 %), Moldovadan 182 min ABŞ dolları dəyərində (-50 %) 159 ton (-48 %), Türkiyədən 55 min ABŞ dolları dəyərində (-83 %) 55 ton (-77 %), Almaniyadan 1,23 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,35 ton (+3,5 dəfə) məhsul satıb.

Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (0,64 min ABŞ dolları dəyərində 0,48 ton) tədarükü bərpa edib.