Azərbaycan BƏƏ-dən aseton idxalını bərpa edib
- 09 mart, 2024
- 10:21
Ötən il Azərbaycana 377 min ABŞ dolları dəyərində 355 ton aseton idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 71 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 270,32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,5 dəfə çoxdur) 288 ton (+6 dəfə), Səudiyyə Ərəbistanından 86,8 min ABŞ dolları dəyərində (-24 %) 60,86 ton (-43 %), Almaniyaddan 9,81 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,76 ton (+2,1 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 7 min ABŞ dolları dəyərində 5,28 ton, Fransadan 2,34 min ABŞ dolları dəyərində 0,32 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 9 il 6 aylıq fasilənin ardından BƏƏ-dən tədarükü bərpa edib.