Azərbaycan Başqırdıstandan hind toyuğu əti idxal edib

Biznes
  • 20 fevral, 2024
  • 12:17
Azərbaycan Başqırdıstandan hind toyuğu əti idxal edib

Bu ay Azərbaycan Rusiyanın Başqırdıstan bölgəsindən 36 ton dondurulmuş hind toyuğu əti idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ixrac avtomobil yolu ilə həyata keçirilib.

Məhsullar Ümumrusiya Heyvan Sağlamlığı Elmi-Tədqiqat İnstitutunun Başqırd sınaq laboratoriyasında yoxlanılıb. Bütün məhsullar idxal edən ölkənin tələblərinə cavab verib.

44 filmi