Azərbaycan azot gübrəsinin ixracını artırıb

Biznes
  • 26 mart, 2023
  • 09:03
Azərbaycan azot gübrəsinin ixracını artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 59 min 654 ton azot gübrəsi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə azot gübrəsinin dəyəri 18 milyon 186 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 11 min 495 ton (23, 8%) çoxdur, dəyər baxımından isə 11 milyon 129 min ABŞ dolları (37,9 %) azdır.

Hesabat dövründə azot ixracı Azərbaycanın qeyri-neft məhsullarının ixracında 3,06 %-lik paya sahibdir.

44 - Tezliklə