Azərbaycan avtomobillər və onların hissələrinin idxal xərcini 15 %-dən çox azaldıb

Biznes
  • 27 yanvar, 2025
  • 07:49
Azərbaycan avtomobillər və onların hissələrinin idxal xərcini 15 %-dən çox azaldıb

2024-cü ildə Azərbaycan 2 milyard 426,95 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 436 milyon 176,45 min ABŞ dolları və yaxud 15,2 % azdır.

Ötən il avtomobillər və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 11,5 %-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.

Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

44 filmi