Azərbaycan Avstriyadan buldozer tədarükünü bərpa edib

Biznes
  • 26 fevral, 2025
  • 16:00
Azərbaycan Avstriyadan buldozer tədarükünü bərpa edib

2024-cü ildə Azərbaycana xarici ölkələrdən 8,7 milyon ABŞ dolları dəyərində 77 ədəd buldozer gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 16 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 7,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 70 ədəd (-9 %), Tailanddan 628,8 min ABŞ dolları dəyərində (-20 %) 2 ədəd (-33 %), Yaponiyadan 337,85 min ABŞ dolları dəyərində (-54 %) 3 ədəd (-25 %), Amerika Birləşmiş Ştatlarından 108,4 min ABŞ dolları dəyərində (-30 %) 1 ədəd (-50 %) və Avstriyadan 66 min ABŞ dolları dəyərində 1 ədəd buldozer alıb.

Azərbaycan 9 il 11 ayın tamamında Avstriyadan buldozer tədarükünü bərpa edib.