Azərbaycan Avstraliyadan zərgərlik məmulatlarının alışını bərpa edib

Biznes
  • 28 avqust, 2023
  • 12:20
Azərbaycan Avstraliyadan zərgərlik məmulatlarının alışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 21,634 milyon ABŞ dolları dəyərində 1 min 608 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 41 % çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 10 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 46,6 kiloqram (+27,5 %), İsveçrədən 2,1 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 11,1 kiloqram (+2,2 dəfə), Türkiyədən 1,983 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 861 kiloqram (+55 %), Amerika Birləşmiş Ştatlarından 1,38 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 9,46 kiloqram (+2,9 dəfə), Böyük Britaniyadan 1,23 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 0,52 kiloqram (+6,5 dəfə) məhsul gətirib.

Azərbaycan 2 il 7 ayın tamamında Avstraliyadan (30,3 min ABŞ dolları dəyərində 0,08 kiloqram) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilən 27 milyon ABŞ dolları dəyərində zərgərlik məmulatlarının 50,4 %-i İtaliyanın payına düşüb.