Azərbaycan Avstraliyadan mal əti konservi tədarük etməyə başlayıb

Biznes
  • 30 yanvar, 2025
  • 09:00
Azərbaycan Avstraliyadan mal əti konservi tədarük etməyə başlayıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 1,65 milyon ABŞ dolları dəyərində 616,3 ton mal ətindən hazır və ya konservləşdirilmiş məhsul idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94 % çoxdur) 587 ton (+65 %), Belarusdan 135 min ABŞ dolları dəyərində (+15 %) 22 ton (+5 %), Türkiyədən 55 min ABŞ dolları dəyərində (-60 %) 5 ton (-62 %), İtaliyadan 16,4 min ABŞ dolları dəyərində 0,8 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 5,8 min ABŞ dolları dəyərində (+65 dəfə) 1,5 ton (+150 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan tədarük (1,6 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.

44 - Tezliklə