Azərbaycan aviaşirkəti yükdaşımaların həcmini iki dəfə artırıb

Biznes
  • 28 iyun, 2022
  • 14:00
Azərbaycan aviaşirkəti yükdaşımaların həcmini iki dəfə artırıb

Son 2-3 il ərzində "Silk Way West Airlines" şirkəti karqo daşımalarının həcmini iki dəfə artırıb.

Bunu “Report”a açıqlamasında “Silk Way West Airlines”ın prezidenti Volfqanq Meyer deyib.

"Biz daima qiymətləndirmə prosesində mövcud istiqamətləri genişləndirmək və yaxud artırmaq üçün imkanlar axtarırıq. Bu il üçün yeni destinasiyalar əlavə edilib”, - deyə o, qeyd edib.

Xatırladaq ki, "Silk Way West Airlines"in əsası 2012-ci ildə Bakıda qoyulub. Aviaşirkət 12 ədəd müasir "Boeing 747-8F" və "747-400F" yük təyyarələrindən ibarət donanması ilə müxtəlif ölkələnə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" ötən il aprelin 28-də "Boeing"lə 5 ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb.

Qərargahı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən aviadaşıyıcının illik yük dövriyyəsi 500 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.

"Silk Way West Airlines"ı Cənubi Koreyanın İnçxon hava limanı nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görüb.

44 - Tezliklə