Azərbaycan Argentinaya sürtkü yağları ixrac etməyə başlayıb
- 21 avqust, 2024
- 09:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 27,8 milyon ABŞ dolları dəyərində 23 min 646 ton sürtkü yağları ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,4 %, kəmiyyət olaraq – 1,1 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynaya 6,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 79 % çoxdur) 6 min 485 ton (+2 dəfə), İraqa 3,6 milyon ABŞ dolları dəyərində (+88 %) 2 min 601 ton (+90 %), Bolqarıstana 2,9 milyon ABŞ dolları dəyərində (+39 %) 2 min 888 ton (+28 %), Gürcüstana 2,8 milyon ABŞ dolları dəyərində (-42 %) 2 min 601 ton (-52 %), Türkiyəyə 2,2 milyon ABŞ dolları dəyərində (-51 %) 1 min 945 ton (-50 %) məhsul satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinaya (115,4 min ABŞ dolları dəyərində 100 ton) tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 42 ölkəyə ixrac edilmiş 46 min ton sürtkü yağlarının 21,3 %-i Ukraynanın, 19 %-i Türkiyənin, 16,5 %-i Gürcüstanın payına düşüb.