Azərbaycan Anqoladan meşə materiallarının idxalını bərpa edib

Biznes
  • 17 fevral, 2025
  • 10:54
Azərbaycan Anqoladan meşə materiallarının idxalını bərpa edib

2024-cü ildə Azərbaycan 180,4 milyon ABŞ dolları dəyərində 837 332 kubmetr meşə materialları (uzununa doğranmış) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 1,1 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Belarusdan 119,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 551 980 kubmetr (+15 %), Rusiyadan 60,3 milyon ABŞ dolları dəyərində (-25 %) 284 682 kubmetr (-25 %), Ukraynadan 228 min ABŞ dolları dəyərində (-54 %) 546 kubmetr (-55 %), Mərkəzi Afrikadan 73,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 44 kubmetr (+47 %), Türkiyədən 48,4 min ABŞ dolları dəyərində (-25 %) 30 kubmetr (-72 %) material alıb.

Azərbaycan 3 il 3 aylıq aradan sonra Anqoladan tədarükü (9 min ABŞ dolları dəyərində 4 kubmetr) bərpa edib.

44 - Tezliklə