Azərbaycan alüminium ixracından qazancını 2 dəfədən çox artırıb

Biznes
  • 18 iyun, 2022
  • 11:35
Azərbaycan alüminium ixracından qazancını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 69 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanın alüminium və ondan hazırlanan məmulatları ixracının dəyəri 121,667 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

5 ayda alüminium və ondan hazırlanan məmulatları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalında payı 1,34 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,79 %-ni təşkil edib.