Azərbaycan Almaniyadan meşə materiallarının alışını bərpa edib
- 05 avqust, 2025
- 13:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 64,2 milyon ABŞ dolları dəyərində 291 450 kubmetr meşə materialları (uzununa doğranmış) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 12 % azdır.
Hesabat dövründə Azərbaycan Belarusdan 44,84 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 203 929 kubmetr (-7 %), Rusiyadan 19,11 milyon ABŞ dolları dəyərində (-18 %) 87 327 kubmetr (-20 %), Türkiyədən 113 min ABŞ dolları dəyərində (+6 dəfə) 1 090 kubmetr (+91 dəfə), Ukraynadan 68,2 min ABŞ dolları dəyərində (+6 %) 102 kubmetr (-30 %), Mərkəzi Afrika Respublikasından 50,1 min ABŞ dolları dəyərində 31,2 kubmetr (bir il əvvəl tədarük olmayıb) material alıb.
Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Almaniyadan tədarükü (3,64 min ABŞ dolları dəyərində 105 kubmetr) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 837,3 min kubmetr meşə materiallarının 66 %-i Belarusun payına düşüb.